Bakının havasında dəm qazının miqdarı normanı 1,5 dəfə ötüb
18-08-2023, 20:54. Разместил: heqiqet
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1,5, azot-4 oksid 1, 4, Sumqayıt şəhərində isə azot-4 oksid 1,1 dəfə yüksək müəyyən edilib.
Dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.
Вернуться назад