Şirvanda binanın yanar üzlüyü söküldü
19-08-2023, 13:21. Разместил: heqiqet
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yaşayış binasının sakinlərinin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yanar materialdan olan lambirin üzlüklərin sökülməsi üçün Şirvan Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb.
"Qanunvericiliyin tələblərinə uyğun olaraq Xidmət tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində sözügedən yaşayış binasının fasadındakı yanar materialdan olan lambirin üzlüyün sökülməsi təmin olunub", - rəsmi məlumatda qeyd edilib.
Вернуться назад