DataLife Engine > dunya > ECOWAS-ın Nigerə istənilən müdaxiləsi işğal sayılacaq - üsyançıların lideri

ECOWAS-ın Nigerə istənilən müdaxiləsi işğal sayılacaq - üsyançıların lideri


20-08-2023, 11:09. Разместил: heqiqet ECOWAS-ın Nigerə istənilən müdaxiləsi işğal sayılacaq - üsyançıların lideri Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) Nigerə hər hansı müdaxiləsi işğal kimi qiymətləndiriləcək.
Bu barədə Niger hərbi üsyançıları tərəfindən yaradılan Vətənin Xilaskarlığı Milli Şurasının rəhbəri general Abdurahman Tçiani deyib.
"ECOWAS ölkələrinin hər hansı müdaxiləsini işğal kimi qiymətləndirəcəyik", - deyə o bildirib.
Onun sözlərinə görə, ECOWAS-ın Nigerə qarşı sanksiyaları qeyri-qanunidir, qeyri-insanidir və ölkəni və onun xalqını bölmək məqsədi daşıyır.
"ECOWAS-ın sanksiyaları institutlarımızı fəaliyyətdə saxlamaq üçün lazım olan vəsaitdən məhrum edir. Onlar həll yolu tapmaq üçün deyil, bizi özlərinə tabe etdirmək üçün yaradılıb. Amma biz buna imkan verməyəcəyik", - deyə o əlavə edib.
Вернуться назад