DataLife Engine > dunya > Havay ştatının qubernatoru meşə yanğınlarında dəyən ziyanı açıqlayıb

Havay ştatının qubernatoru meşə yanğınlarında dəyən ziyanı açıqlayıb


20-08-2023, 11:11. Разместил: heqiqet ABŞ-ın Havay ştatının qubernatoru Coş Qrin Maui adasındakı meşə yanğınlarının vurduğu ziyanın, ilkin hesablamalara görə, 6 milyard dollar olduğunu deyib.
Bu barədə "CNN" telekanalı xəbər verib.
C.Qrin qeyd edib ki, yanğın nəticəsində 2,2 min binanı məhv olunub, 500 binaya ziyan dəydi. Mauinin şimalında yerləşən və təbii fəlakət nəticəsində az qala yer üzündən silinmiş Lahayna şəhərinin sakinləri möhtəkirlərin boş torpaqları satın alacağından qorxurlar.
Qubernator insanları sakitləşdirmək üçün baş prokurora daşınmaz əmlakla bağlı əməliyyatlara moratorium qoymağı tapşırıb.

Вернуться назад