Şirkətə məxsus 20 avtomobildən oğurluq etdi
25-08-2023, 11:17. Разместил: heqiqet
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də Kərimbəyli kəndi ərazisində yerləşən şirkətlərdən birinə məxsus 20 ədəd yük avtomobilindən 72 ədəd təkər diski, şinləri və 33 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Vüsal Bədəlov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад