DataLife Engine > hadise > Xaçmazda tüfənglə həmyerlisinə xəsarət yetirən şəxs saxlanıldı

Xaçmazda tüfənglə həmyerlisinə xəsarət yetirən şəxs saxlanıldı


30-08-2023, 11:39. Разместил: heqiqet Xaçmazda tüfənglə həmyerlisinə xəsarət yetirən şəxs saxlanıldı Dünən səhər saat 8 radələrində Xaçmaz sakini Seyidağa Əhmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, ilkin araşdırma zamanı adıçəkilən şəxsə rayon sakini Raqif Manafov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. R.Manafov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi ov tüfəngi götürülüb.
Вернуться назад