DataLife Engine > hadise > Bakıda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Bakıda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib


4-10-2023, 11:18. Разместил: heqiqet Bakıda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
Вернуться назад