DataLife Engine > sosial > Pensiyalar tam ödəniləcək - BU TARİXDƏ

Pensiyalar tam ödəniləcək - BU TARİXDƏ


11-10-2023, 12:04. Разместил: heqiqet Pensiyalar tam ödəniləcək - BU TARİXDƏ Respublika üzrə pensiyaların oktyabrın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan 1 milyon 96,6 min nəfər pensiyaçı var. Bu, ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq, 435 manat təşkil edib.
Вернуться назад