Cənab İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yoluna qədəm qoydu
21-10-2023, 00:02. Разместил: heqiqet
Xankəndinə sancılan bayrağımızı görərkən biz nə qədər sevincliyiksə, xoşbəxtiksə, Heydər Əliyevin, şəhidlərimizin ruhu da bir o qədər şaddır: “Ulu Öndər Heydər Əliyev bütün mənalı və şərəfli ömrünü Vətəninə və xalqına həsr etdi, bizim üçün böyük bir dövlət qurdu. Və indi rahatdır ki, işğal edilmiş torpaqlarımız azad edilib, yaratdığı dövlətin suverenliyi bütün ölkə ərazisində təmin olunub. Şəhidlərimiz də məzarda rahat uyuya bilərlər. Həm qisasları alınıb, həm də can verdikləri Vətən torpaqları azaddır. Bu gün şəhid valideynləri, ailələri, övladları qürurludurlar.
“Dövlətimizin başçısı Xankəndində bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu, bilavasitə 20 illik fəaliyyətinin hesabatını verdi. Bu iyirmi illik tarix bizim uğur salnaməmizdir. Bu müddət ərzində dövlətimiz yalnız inkişaf etdi, gücləndi, iqtisadiyyatımız günü-gündən qüdrətləndi, vətəndaşlarımızın rifahı yüksəldi. Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır. O, heç bir fərq qoymadan hər bir azərbaycaanlının Prezidenti olmağı bacardı, üzərinə düşən vəzifələri ən ali peşəkarlıqla yerinə yetirdi. Əsl Azərbaycan kişisi olaraq verdiyi hər bir sözə, vədə sahib çıxdı.
Yeri gəlmişkən, xatırladım ki, cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən verdiyi ilk bəyanatlardan biri o idi ki, bizim Ermənistana ən böyük güzəştimiz münaqişəni danışıqlar yolu ilə həll etməyimiz olar, bundan artığını bizdən gözləməsinlər. Bu günün mənzərəsi hər şeyi sübut edir. Təcavüzkar dövlətin və onun havadarlarının bütün cəhdlərinə baxmayaraq, cənab İlham Əliyev sözünün üstündə durdu və bu mübariazədən qalib ayrıld.
Deyə bilərik ki, Azərbaycanımızın regionları bu 20 ildə xeyli müsbətə doğru dəyişib, rayonlarımız yeni görkəm alıb. İnanırıq ki, torpaqlarımızı hərbi-siyasi yolla tamamilə işğalçılardan azad edən cənab İlham Əliyev Şərqi Zəngəzurda, Qarabağda başlatdığı abadlıq işlərini, Böyük Qayıdış proqramını da uğurla yekunlaşdıracaq. Və biz də Azərbaycan həmkarlar ittifaqları olaraq həmişə olduğu kimi, bundan sonra da Prezident İlham Əliyevin ətrafında olacağıq, dövlətimizin və xalqımızın daha parlaq gələcəyi naminə onun müdrik siyasətinə ürəkdən dəstək olacağıq.

Günel Dadaşova,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin
Azərbaycan dili və ədəbiyyat müəllimi
21.10.2023
Вернуться назад