DataLife Engine > --- > Dövlət başçısı İlham Əliyevin Prezident seçilməsindən 20 il keçir

Dövlət başçısı İlham Əliyevin Prezident seçilməsindən 20 il keçir


21-10-2023, 00:47. Разместил: heqiqet Azərbaycan bu gün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni inkişaf modeli formalaşdırıb. Həyata keçirilən davamlı islahatlar sayəsində ölkəmiz geridə qoyduğu illər ərzində iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Ölkəmiz fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ilə region və Avropa İttifaqı məkanı üçün önəmli aktor qismində çıxış edir. Güclü iqtisadi inkişafın sayəsində ölkədə sosial rifah halının daha da yaxşılaşmasına nail olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərə imza atan Azərbaycan sosial sahə üzrə dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə yüksəlməkdədir.
Dövlət başçısı İlham Əliyevin Prezident seçilməsindən 20 il keçir. Bu müddət ərzində ölkəmiz, Azərbaycanımız bütün sahələr üzrə inkişaf mərhələsi keçərək, dəyişdiyi kimi, sadə vətəndaş təfəkkürü də dəyişdi. Bir zamanların tərəddüdlü, ziddiyyətli fikir və düşüncələri yalnız bir istiqamətdə cəmləndi, xalq-dövlət birliyi yarandı. Dövlət başçısı müəllifi Ulu Öndər olan dünya azərbaycanlılarını birləşdirən azərbaycançılıq ideologiyasını daha da zənginləşdirdi. Azərbaycan xalqının vahid ideya ətrafında birləşməsini və milli həmrəyliyini təmin etdi. Bütün fəaliyyəti dövründə sadə vətəndaşların, eləcə də veteranların, şəhid ailələrinin, müharibə əlillərinin yanında oldu, onlara mütəmadi olaraq qayğı və diqqət göstərdi. Bunun nəticəsində ümumxalq məhəbbətini qazandı.
Ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafı təmin edildi, infrastruktur təminatı yaxşılaşdırıldı, sahibkarlıq mühiti formalaşdırıldı, ölkənin ixrac potensialının yüksəlməsi nəticəsində yoxsulluq səviyyəsinin aşağı düşməsində mühüm nəticələr əldə olundu. Bununla yanaşı digər – elm, təhsil, səhiyyə sahələrində də islahatlar aparıldı. Bu illər ərzində orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergilərin dərəcələrinin optimal həddə azaldılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması istiqamətində mühüm addımlar atıldı. Ən aktual problemlərdən olan işsizlik faizi azaldıldı və yeni iş yerləri açıldı. Həmçinin ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyuldu, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verildi, məşğulluq səviyyəsi yüksəldi.
Ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.



Вернуться назад