Prezidentimizin siyasəti sayəsində 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır
22-10-2023, 20:50. Разместил: heqiqet
Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı 20 il bundan əvvəl qarşına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan bayrağı işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. 20 il tarix üçün o qədər də uzun müddət deyil, amma bu vaxt ərzində olanlar regionda geosiyasi vəziyyəti dəyişdi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Müasir Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Ölkəmiz onlarla beynəlxalq tədbirlərə ev sahibliyi edir, siyasi, iqtisadi birliklərin yaradılması təşəbbüsü ilə çıxış edir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı.
Müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordunun rolu danılmazdır. Dövləti güclü edən əsas səbəblərdən biri güclü ordu quruculuğudur. Güclü ordu yaradıb onu saxlamaq üçün dövlətin güclü iqtisadiyyatı olmalıdır. Prezidentimizin siyasəti sayəsində 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Biz haqlı olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətənə xidmət edən Silahlı Qüvvələrimizlə fəxr edirik.
Prezident İlham Əliyevin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir. Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər.
Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz torpaqlarımızı azad etməklə Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin etdi, xalqın ləyaqəti bərpa olundu. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
Gülşən Fəxrəddin qızı Novruzova
ADPU-nun Elmi-tədqiqat mərkəzinin bölmə müdiri, dosent
22.10.2023
Вернуться назад