Bakıda restoranda yanğın baş verib
23-10-2023, 12:33. Разместил: heqiqet
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) taxtadan ibarət zalının yanar konstruksiyaları 120 m² sahədə və mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan köməkçi otağın lambirdən ibarət tavanı 7 m² sahədə əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Вернуться назад