Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb
24-10-2023, 12:08. Разместил: heqiqet
Bundan başqa Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının oktyabr ayınını 21-23 tarixlərində şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə çərçivəsində daha 74 nəfər saxlanılıb. Saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr, o cümlədən güclü təsir edici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb. Hər bir faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Onu da qeyd edək ki, saxlanılan şəxslərdən 12 nəfəri sükan arxasında narkotik vasitə qəbul edən şəxslərdir.
Вернуться назад