DataLife Engine > hadise > Gəncə və Tovuzda məktəbli qızlar itkin düşüb

Gəncə və Tovuzda məktəbli qızlar itkin düşüb


27-10-2023, 12:02. Разместил: heqiqet Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüb.
Gəncə şəhəri Ş.İ.Xətai prospekti ev 115a mənzil 43-də yaşayan 2009-cu il təvəllüdlü Türkan Qurbanova yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.
Faktla bağlı Gəncə Şəhər Polis idarəsində araşdırma aparılır.
Digər hadisə isə Tovuzda baş verib. 2009-cü il təvəllüdlü, orta məktəb şagirdi Gülay Bayramova yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndindəki evlərindən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Вернуться назад