DataLife Engine > siyaset / gundem > Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş bir dövlətdir

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş bir dövlətdir


2-11-2023, 22:11. Разместил: heqiqet Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib.
2003-cü ildə Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən sonra Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni inkişaf mərhələsi başladı, bütün sahələrə konseptual yanaşma ortaya qoyuldu. Prezident İlham Əliyev qısa müddətdə dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq mexanizmlərini xeyli təkmilləşdirdi və genişləndirdi. Bundan sonra qanunçuluq, tərəfdaşlıq, şəffaflıq, uzlaşdırma və məsuliyyət qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin prinsipi müəyyən edildi. 2003-cü il, 2008-ci il, 2013-cü il, 2018-ci il prezident seçkilərinin nəticələri bir daha göstərdi ki, Azərbaycan xalqının seçimi yalnız Prezident İlham Əliyevdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan cəmiyyətinin ən ağrılı yarası olan münaqişəni geridə qoydu, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi hər bir azərbaycanlıya qələbə sevincini bəxş etdi. Postmüharibə dövrü vətəndaş cəmiyyəti qarşısında da yeni məqsəd və vəzifələr müəyyənləşdirdi.
Yola saldığımız 20 illik dövr bir daha göstərdi ki, Prezident İlham Əliyev vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün aydın proqrama malikdir, dövlət və ictimai maraqların qorunmasında rolunun gücləndirilməsi əsas məqsədlərdən biridir və bu istiqamətdə ardıcıl siyasət aparılır. Yaradılmış əlverişli mühit nəticəsində Azərbaycanda artıq elə bir vətəndaş cəmiyyəti formalaşıb ki, regional proseslərə istiqamət vermək qabiliyyətindədir. Artıq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş bir dövlətdir. Bu ilin sentyabrında cəmi 23 saat 51 dəqiqə ərzində terrorçuları ağ bayraq qaldıraraq təslim olmağa, oyuncaq kriminal hərbi xunta rejimini özünü buraxmağa vadar etmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə Prezident İlham Əliyev xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
Böyük fəxarət hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyev Azərbaycan xalqını və cəmiyyətini arzularına qovuşdurur, onun liderliyi ilə ötən 20 ildə tarix, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətlərə imza atılıb. Sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib.
Dövlət başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu.


Qəhrəmanova Səliqə Novruz qızı,
ADRU-nun Analitik və üzvi kimya kafedrasının müəllimi.

02.10.2023
Вернуться назад