DataLife Engine > siyaset / gundem > Bayramınız mübarək möhtərəm Ali Baş Komandan, igid əsgərlər!

Bayramınız mübarək möhtərəm Ali Baş Komandan, igid əsgərlər!


7-11-2023, 23:53. Разместил: heqiqet Vətən müharibəsi Azərbaycan Ordusunun 5-ci nəsil müharibəsini aparmaq gücündə olduğunu göstərdi. Şuşa və digər hərbi əməliyyatlar bü gün dünyanın müasir hərb tarixinə düşdü, bir çox ölkələrinin mütəxəssisləri tərəfindən dərində öyrənilir. Azərbaycan eyni zamanda, bütün bu dövr ərzində bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır. Lakin ölkəmizə qarşı ikili yanaşmalar, işğalçı ilə işğala məruz qalan tərəfə eyni, bəzən isə haqsız münasibət, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalması və icra olunmaması, həmçinin Ermənistanın davamlı olaraqatdığı təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.
Bu Qələbə xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəlmişdir. On minlərlə azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və şikəst edilmiş, kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdir. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu günədək məlum deyildir.
Həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin gedişində düşmən beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq hərbi qulluqçulara və dinc əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, o cümlədən soyqırımı və dövlət terrorizmi aktları törətmişdir. İşğal olunmuş ərazidə erməni vandalları bütün şəhər və kəndlərimizi qarət etmiş, dağıtmış və yandırmış, milli-mədəni və tarixi irsimizi xüsusi qəddarlıqla məhv etmişlər. İşğal bölgəsində mövcud olmuş 67 məsciddən 65-nin dağıdılması, ibadət yerlərinin təhqir edilməsi xalqımızın məruz qaldığı etnik nifrət və düşmənçilik aktlarının miqyasını göstərən çoxsaylı faktlardan yalnız bəziləridir. İşğaldan azad edilmiş ərazidə Ermənistanın mina terroru hələ də davam edir. 2020-ci ilin noyabrında hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 260 nəfərdən çox azərbaycanlı minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanmışdır.
Lakin düşmənin vəhşiliyi və qəddarlığı xalqımızın mübarizə əzmini qıra bilməzdi və qıra da bilmədi. Azərbaycan şəhid və qazilərinin canı və qanı bahasına BMT Təhlükəsizlik Şurasının, Qoşulmama Hərəkatının, ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, İslam Əməkdaşlığı Təşkilatının və digər beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edərək, tarixi ədaləti və beynəlxalq hüquq normalarının və prinsiplərinin qüvvəsini bərpa etdi.
Bu tarixi və şanlı Qələbənin əsasında son 29 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomeni dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin həyata keçirməyə başladığı quruculuq və inkişaf strategiyasını zamanın çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirmişdir. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı.
Qeyd etmək lazımdır ki, ölkə başçımız müharibə dövründə bir neçə cəbhədə cəsarətlə mübarizə aparırdı. Ona və dövlətimizə edilən siyasi təzyiqlərə cavab vermək, diplomatik və infirmasiya müharibəsində Azərbaycanın haqlı mübarizəsini və mövqeyini müdafiə edtmək, hərb meydanında döyüş əməliyyatlarına rəhbərıik etmək, bu sahədə taktiki və starteji planlar qurmaq - bütün bunlar çox büyük məsuliyyətli idi. Bir xalqın, bir dövlətin var olmaq, özünü təsdiq etmək məsuliyyətini öz üzərinə götürən Prezident, Ali Baş Komandan İlham Əliyev xalqına, ordusuna inanır, ondan güc alırdı.
Bayramınız mübarək möhtərəm Ali Baş Komandan, igid əsgərlər!

Kərəm Cahangir oğlu Məmmədov,
BDU-nun „Diplomatiya və müasir inteqrasiya prosesləri“ kafedrasının dosenti,
siyasi elmlər namizədi, “Heydər Əliyev – 98”, "Şuşa - 270" media medalı mükafatları laureatı
Вернуться назад