Zəfərdən sonra Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrü başlandı
8-11-2023, 11:48. Разместил: heqiqet
Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Ermənilərin təkcə XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etniktəmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə iyirmi doqquz tam onda səkkiz minkvadrat kilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğaledilmişdir. Bütövlükdə isə iki milyon yarım azərbaycanlı soyqırımı və deportasiya cinayətlərininqurbanı olmuşdur. 44 gün davam edən və qələbə ilə nəticələnən Vətən Müharibəsindən sonra Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrü başlanmışdır. Yenilməz sərkərdəsinin və uzaqgörən liderinin rəhbərliyi ilə möhtəşəm qələbəni əldə edən xalqımız bundan belə heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə bəyan etmişdir.
Əlbəttə ki, bu ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur. Hələ 1993-cü ildə ölkədəki mövcud xaos, gərgin hərbi-siyasi vəziyyət, iqtisadi-siyasi böhran nəinki vətəndaş müharibəsinə, hətta Azərbaycanının siyasi xərtiədən silinməsinə, bir dövlət kimi qalması böyük sual altında idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strategiya ölkə başçısı İlham Əliyev tərəfindən daha da gücləndirildi. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin əsas məqsədi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi. Bunun üçün ilk növbədə, ölkəmizin iqtisadi imkanları artmalı, gücləndirilməli idi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. 30 ilə yaxın Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərirdi, ərazi bütövlüyümüzə xələlə gətirən bütün proseslərin qarşısını alırdı. Lakin eyni zamanda, güclü ordu yaradırdı.
Qələbədən 3 il ötür. Şanlı Ordumuz bu gün Xənkədidə, ümumiyyətlə Qarabağımızda Zəfər paradına hazırlaşır. Bayramınız mübarək, əziz xalqımız!
Könül İbrahim qızı Səmədova,
ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Вернуться назад