DataLife Engine > siyaset / gundem > 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir


9-11-2023, 14:33. Разместил: heqiqet Şanlı Zəfər Yürüşü ilə Ermənistanın işğal faktına son qoyuldu və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan qəbul edilən ərazi bütövlüyünü təmin edilməsi ilə tarxi ədalət bərpa olundu. Azərbaycan beynəlxalq təşkilatların ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı çıxarmış olduğu qərar və qətnamələri təkbaşına icra etdi. Azərbaycan xalqı özünə məxsus olanı heç kəsə güzəştə getməyəcəyi əzmini bütün dünyaya nümayiş etdirərək, əzmkarlığını və iradəsini ortaya qoydu.
Bu Azərbaycan tarixinin qələbə salnaməsinin şərəfli bir dövrüdür. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan gücünü, qüdrətini göstərdi. Reallıq odur ki, Azərbaycan Ordusunda müharibə dövründə bir dənə də fərari olmayıb. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Məhz Bakıda yaradılan Hərbi Qənimətlər Parkına gələn hər bir insan Azərbaycan Silahlı Qüvvələrinin gücünü və iradəsini görür. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər keçirildi. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak edib. Zəfər paradını Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş Müzəffər Orduya çevrilib: “Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralardadır. Ordumuz maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir.
Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Həmçinin üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması artıq zərurətə çevrilmişdi. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması vacib idi.
Bu gün Azərbaycan bayrağı yarandığı tarixin ən yüksək zirvəsindədir: “İstər 1918-20-ci illərdə, istərsə də, 1991-ci ildə müstəqilliyimizi bərpa edəndən bəri Azərbaycan bayrağı heç də ölkəmizin bütün ərazilərində dalğalanmamışdı. Bu gün ilk dəfədir ki, Azərbaycan bayrağı ölkəmizin bütün suveren ərazilərində dalğalanır. 44 günlük Vətən müharibəsi və keçirilmiş son antiterror əməliyyatı ilə Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Azərbaycan bayrağını azad olunmuş bütün rayonlarımızda, şəhərlərimizdə ucaltdı.
Üçrəngli bayrağımız tək Azərbaycan Respublikasında deyil, bütün dünyada yaşayan 50 milyondan artıq azərbaycanlını birləşdirən, hamı tərəfindən sevilən əsas simvolumuzdur. Eyni zamanda, Azərbaycan bayrağına Türk ölkələrində, bir sıra dünya xalqları tərəfindən də sevginin, rəğbətin şahidi oluruq. Bunları görmək hər birimiz üçün böyük fəxarət hissidir.
Ali Baş Komandanı, xalqımızı Zəfər bayramı və Bayraq Günü münasibətilə ürəkdən təbrik edirəm!

Samirə Musayeva,
Bakı şəhəri 233 nömrəli tam orta məktəbin biologiya müəllimi,
biologiya üzrə fəlsəfə doktoru
Вернуться назад