DataLife Engine > siyaset / gundem > Vətən Müharibəsi təkcə Azərbaycanın deyil, bütün regionun tarixində dönüş nöqtəsi oldu

Vətən Müharibəsi təkcə Azərbaycanın deyil, bütün regionun tarixində dönüş nöqtəsi oldu


9-11-2023, 14:38. Разместил: heqiqet 2020-ci ildə 44 günlük Vətən Müharibəsi təkcə Azərbaycanın deyil, bütün regionun tarixində dönüş nöqtəsi oldu. Qalib Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəhayət Qarabağ separatizmi probleminə son qoyuldu və Cənubi Qafqazın sülh və inkişaf yolunu açdı.
Prezident, Ali Baş Komandan İlham Əliyev də qeyd edirdi ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır. Bu reallığı 44 günlük Vətən Müharibəsi və onun nəticəsi olan 10 noyabr Bəyanatı və 2023-cü il sentyabr ayında 1 gün davam edən lokal xarakterli tədbirlər yaratdı. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Ulu Öndərin bu sözlərini təkrarlayaraq, əmr verdi: “Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli”! Rəşadətli Ordumuz öz canları, qanları hesabına Vətəni erməni işğalından azad etdi, Şanlı Qələbə çalaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Azərbaycan Ordusunun əsgər və zabiti dövlət himnimizdə deyildiyi kimi, hüququndan keçərək qəhrəmanlıq dastanı, yeni nəsli hərb tarixi yazdı.
Dövlət başçısı uzun illər Azərbaycanı irəliyə - tərəqqiyə, iqtisadiyyatın və ordunun inkişafına, müasirləşməyə aparıb və onun uzunmüddətli strategiyası ölkəmizi belə yüksək səviyyəyə çatdırıb, bizə düşmən üzərində belə nəzərəçarpacaq üstünlük verib. Prezident İlham Əliyev uzaqgörənlik, praqmatizm, siyasi iradə nümayiş etdirərək Azərbaycan xalqına növbəti Qələbəsini bəxş etdi. Bu gün Azərbaycan bayrağı Qarabağın hər bir guşəsində dalğalanır. Oktyabrın 15-də Azərbaycan bayrağının Xankəndində dalğalanması 8 noyabr Qələbə Gününə bərabər olan tarixi hadisədir. Biz bu Qələbəni illərlə gözlədik. Heç kim inanmayanda Ulu Öndər Heydər Əliyev ruhdan düşmürdü inanır və xalqı da inandırırdı: “Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir, amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisusu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik”.
Bəli biz onlarsız yaşaya bilməzdik və yaşamaqdıq. Hər dəfə qaçqın və məcburi köçkünlərlə görüşəndə Prezident İlham Əliyev deyirdi ki, gün gələcək biz öz doğma torpaqlarımıza qayıdacağıq! 3 il bundan əvvəl noyabrın 8-də Ümummilli Lideri və Şəhidlər Xiyabanını ziyarət edərək , xalqa müraciətində dedi ki, "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!”
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil xarici siyasət kursunu uğurla davam etdirir, ölkəmizin iqtisadiyyatı özünü təmin edir və kənar dəstəyə ehtiyacı yoxdur. Azərbaycan dünya siyasətində nüfuza malikdir, sülh, sabitlik və iqtisadi əməkdaşlığa nail olmağa yönəlmiş təşəbbüsləri fəal dəstəkləyir. Bu gün dünya xəritəsində həqiqətən müstəqil siyasət yeritmək iqtidarında olan dövlətlər çox azdır və Azərbaycan öz gücü, iqtisadi və hərbi qüdrəti, müstəqil xarici siyasəti sayəsində belə azsaylı dövlətlərdən biridir .
Sevinc hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazıldı, qüdrətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Üçrəngli bayrağımız həm Zəfər bayramı, həm də Bayraq Günü ərəfəsində, respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanır. Bu sevinci bizə bəxş edən Prezident İlham Əliyevə borcluyuq.

İmanquliyeva Mehri Tofiq qızı,
Xəzər rayonu, Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi.
Вернуться назад