Messi “İnter Mayami”nin ən yaxşı oyunçusu seçilib
13-11-2023, 12:11. Разместил: heqiqet
2023-cü ilin yayında Messi “İnter Mayami”yə keçib və tezliklə kapitan sarğısını alıb.
“İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol var.
Qeyd edək ki, bu il Messi karyerasında 8-ci dəfə "Qızıl top"u qazanıb. "Qızıl top"un mükafatlandırma mərasimi oktyabrın 30-da olub. Messi (Argentina millisi, "İnter Mayami") 462 xal toplayıb. O, 2-ci yeri tutan Erlinq Haalandı (Norveç yığması, "Mançester Siti") 105 xal qabaqlayıb. İlk "3-lüy"ü Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe tamamlayıb - 270 xal.
Вернуться назад