Milli Məclisin saxlanılmasına 50 milyondan çox pul ayrılıb
15-11-2023, 12:20. Разместил: heqiqet
Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin işlər müdiri Firudin Hacıyev deyib.
O bildirib ki, xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
F.Hacıyev əlavə edib ki, 2023-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsaiti hesabına Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobillər alınaraq istismara verilib.
Вернуться назад