DataLife Engine > hadise > Bakıda 80 min manatlıq OĞURLUQ - Bir nəfər işi deyil...

Bakıda 80 min manatlıq OĞURLUQ - Bir nəfər işi deyil...


16-11-2023, 11:02. Разместил: heqiqet Bakının Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80 000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Вернуться назад