Türkiyədə sərnişin avtobusu yük maşını ilə toqquşdu - Ölən və yaralananlar var
27-11-2023, 13:19. Разместил: heqiqet
Bu barədə Türkiyə KİV-inə istinadən xəbər verilir.
Məlumata görə, qəza Sivas-Ankara magistral yolunda Sivasın Yıldızeli mahalının Yaraşbeli məhəlləsində baş verib. Sivas istiqamətində hərəkət edən sərnişin avtobusu yolda dayanmış yük maşınına çırpılıb.
Hadisə nəticəsində yük maşınının ehtiyat sürücüsü ölüb, avtobusun iki sərnişini isə yüngül xəsarətlər alıb.
Вернуться назад