Ağdərə bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edilmişdi - Elman Məmmədov
27-11-2023, 13:25. Разместил: heqiqet
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Xocalının deputatı Elman Məmmədov “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat xatırladıb ki, o da həmin sesiyada iştirak edib.
"Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi. O dövrdə Azərbaycanda baş alıb gedən anarxiya, dərəbəylik, qanunsuzluq və hərc-mərclik səbəbindən bu rayon ləğv olundu. Ağdərə rayonu həmin dövrdə respublika rəhbərliyində təmsil olunan bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edildi”, - deyə o əlavə edib.
Вернуться назад