Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunub
28-11-2023, 11:27. Разместил: heqiqet
Fondun prezidenti Aktotı Raimkulova Türk Dünyasının mədəniyyətinin və irsinin inkişafına verdiyi töhfələrə görə Günay Əfəndiyevaya minnətdarlığını bildirib.
Günay Əfəndiyeva Aktotı Raimkulovaya təşkilatın fəaliyyətlərinin davam etdirilməsində uğurlar arzulayaraq, vəzifə müddətində böyük sevgi və həvəslə görülən ortaq çalışmalar üçün əməkdaşlara təşəkkür edib.
Fondun prezidenti Aktotı Raimkulova təşkilatın Türk Dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib.
Вернуться назад