Filarmoniyada Bakı Kamera Orkestrinin konserti keçirilib
12-12-2023, 12:50. Разместил: heqiqet
Baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, orkestrin müşayiəti ilə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Səbinə Quliyeva (violin) və Səbuhi Axundov (viola) dinləyicilər qarşısına çıxış ediblər.
Proqramda J.Haydnın 1 saylı (D dur) və 45 saylı “Vida” simfoniyaları, V.A.Mozartın violin və viola üçün Konsert Simfoniyası səslənib.
Qeyd edək ki, Bakı Kamera Orkestrinin bədii rəhbəri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovdur.
Вернуться назад