DataLife Engine > siyaset > Sabah YAP İdarə Heyətinin iclası keçiriləcək

Sabah YAP İdarə Heyətinin iclası keçiriləcək


14-12-2023, 13:30. Разместил: heqiqet Sabah YAP İdarə Heyətinin iclası keçiriləcək Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçiriləcək.
İclasda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.
Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dekabrın 12-də jurnalistlərə açıqlamasında YAP İdarə Heyətinin iclasının keçiriləcəyini bildirmişdi.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Вернуться назад