DataLife Engine > dunya > Ərdoğan Macarıstana gedir

Ərdoğan Macarıstana gedir


18-12-2023, 11:45. Разместил: heqiqet Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstana səfər edəcək.
Bu barədə Türkiyə KİV-inə istinadən xəbər verilir.
Ərdoğanın səfər çərçivəsində Macarıstan prezidenti Katalin Novak və baş nazir Viktor Orban ilə görüşəcəyi qeyd olunur.
Səfərin əsas məqsədi ikitərəfli əməkdaşlıq və iqtisadi münasibətlərin müzakirəsi, o cümlədən iki ölkə arasında ticarətin həcminin artırılaraq 6 milyard dollara çatdırılmasını nəzərdə tutan strategiyanın hazırlanması təşkil edir.
Həmçinin, Türkiyə və Macarıstanın energetika sahəsində mühüm layihələr həyata keçirəcəyi, 2024-cü ildən etibarən Türkiyənin Macarıstana təbii qaz ixrac edəcəyi qeyd olunub.
Bundan başqa, səfər çərçivəsində Qəzza zolağındakı vəziyyət də müzakirə olunacaq.
Вернуться назад