DataLife Engine > dunya > Paşinyan Rusiyaya səfər edib

Paşinyan Rusiyaya səfər edib


25-12-2023, 13:55. Разместил: heqiqet Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya iki günlük səfərə yola düşüb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Paşinyan dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak edəcək.
Avrasiya İqtisadi Şurasının iclasında Rusiyanın Avrasiya İqtisadi Birliyinə sədrliyinin yekunları təqdim olunacaq. Belə ki, Moskva 1 yanvar 2023-cü ildən təşkilata sədrlik edir. Növbəti il Avrasiya İqtisadi Birliyinə sədrlik Qırğızıstana keçəcək.
Вернуться назад