İran XİN rəhbəri Ermənistana getdi
27-12-2023, 11:24. Разместил: heqiqet
Səfər çərçivəsində iranlı nazir erməni həmkarı və digər Ermənistan rəsmiləri ilə görüşlər keçirəcək.
İranlı nazirin görüşlərdə, əsasən, müxtəlif sahələrdə əməkdaşlıq yolları ilə yanaşı, 3+3 formatı çərçivəsində Cənubi Qafqazda sülh məsələlərinin müzakirə edəcəyi bildirilir.
İran xarici işlər naziri ötən gecə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrovla ayrı-ayrılıqda telefon danışıqlarında Cənubi Qafqaz proseslərini və regional əməkdaşlıq imkanlarından faydalanmaqla Azərbaycan və Ermənistan arasında sülhün yaradılması haqda məsləhətləşmə aparıb.
Вернуться назад