Braziliya millisinə yeni baş məşqçi təyin olundu
8-01-2024, 13:23. Разместил: heqiqet
Bu vəzifəyə son klubu "San Paulu" olan Dorival Junior təyin olunub. Bu barədə Braziliya təmsilçisinin saytı məlumat yayıb.
Bildirilib ki, mütəxəssis Braziliya millisini çalışdırmaq üçün klubdakı işindən istefa verib.
Qeyd edək ki, yanvarın 6-da Braziliya mətbuatı ölkənin milli komandasının baş məşqçisi Fernando Dinizin qovulması barədə xəbər yayıb. 6 oyundan sonra braziliyalılar DÇ-2026-nın seçmə turnirində 6-cı yerdədir.
Вернуться назад