2024-cü il Azərbaycan xalqı üçün yeni dövrün başlanğıcıdır
24-01-2024, 12:15. Разместил: heqiqet
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov deyib.
"Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası və Qarabağ münaqişəsinin həlli ilə əlamətdar olan yeni dövrə qədəm qoyub. Prezident İlham Əliyev bildirir ki,Azərbaycan bu nailiyyətləri daha da möhkəmləndirəcək və gələcək illərdə qarşıya yeni hədəflər qoyacaq. 2024-cü il Azərbaycan xalqı üçün yeni dövrün başlanğıcıdır", - deyə o bildirib.
V.Hüseynov əlavə edib ki,Prezident İlham Əliyev seçkilərin vaxtının dəyişdirilməsinin birinci səbəbi kimi “yeni dövrün başlandığını” vurğulayıb.
"Prezident İlham Əliyevin dilə gətirdiyi ikinci səbəb də bu fikirlə bağlıdır. Növbədənkənar Prezident seçkiləri ilə bağlı qərar transformasiya dövrünün əhval-ruhiyyəsini əks etdirən ölkənin gələcəyini formalaşdırmaq istiqamətində strateji addımı simvollaşdırır", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.
Вернуться назад