Türkiyədə internet üzərindən fırıldaqçılıq edən 28 nəfər tutuldu
26-01-2024, 12:29. Разместил: heqiqet
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya “X” sosial şəbəkəsində məlumat paylaşıb.
Nazirin sözlərinə görə, əməliyyatlar İstanbul, Balıkəsir, Batman, Diyarbəkir, Samsun, İğdır, Ədirnə, Van və Trabzonda eyni zamanda həyata keçirilib.
Qeyd olunub ki, şübhəli şəxslər Türkiyənin aparıcı 2 avtomobil icarəsi şirkətinin veb saytlarını fişinq üsulu ilə saxta səhifələrini qurmaqla "avtomobil icarəsi haqqı" adı altında vətəndaşların pullarını ələ keçiriblər.
Вернуться назад