Azərbaycan xalqının qəhrəman və sərkərdə övladı
15-02-2024, 15:02. Разместил: heqiqet
Zəfər seçkisinin ən böyük əlamətdar və tarixi əhəmiyyəti ondan ibarətdir ki, 200 illik dövlətçilik tarixi olan Azərbaycanın bütövləşmiş ərazisinin hər bir şəhər, rayon və kəndində bu seçkilər təşkil olunmuşdu. Ali Baş Komandan olaraq ərazilərimizi işğaldan azad edən, müzəffər Azərbaycan Ordusuna əmr verən İlham Əliyev bu seçkilərdə səsini məhz Xankəndində verməklə Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcının əsasını qoydu. Bu seçkilərə beynəlxalq səviyyədə də kifayət qədər yüksək maraq vardı. 72 beynəlxalq təşkilat və 89 ölkədən 790 xarici müşahidəçinin seçki məntəqələrində səsvermə prosesini izləməsi bu fikirləri əminliklə deməyə əsas verir. Seçkilər tam şəffaf şəraitdə və demokratik mühitdə baş tutdu. Xarici müşahidəçilərin açıqlamaları da bunu təsdiq edir.
Prezident seçkiləri günü xalqımız bir daha sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqdir və ölkəmizin bu siyasi kursa böyük ehtiyacı var. Xalqımız əmindir ki, ölkəmizin davamlı inkişafını, iqtisadi qüdrətinin artırılmasını, yeni hədəflərə nail olmağı ancaq cənab İlham Əliyev təmin edə bilər. Çünki xalqımız son 20 il ərzində həyata keçirilmiş layihələri, görülmüş işləri görür və qiymətləndirir. Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz çox böyük inkişaf yolu keçib və regionda ən güclü dövlətə çevrilib. Azərbaycan bu gün həmçinin beynəlxalq aləmdə yüksək nüfuz sahibdir. Güclü, nüfuzlu ölkənin vətəndaşı olmaq isə özü bir xoşbəxtlikdir. Qalib xalqımız bundan sonra da əmin-əmanlıq və sabitlik şəraitində xoşbəxt yaşayacaqdır. Bu əmin-əmanlığın, sabitliyin və xoşbəxt gələcəyin qarantı məhz Prezident İlham Əliyevdir.
Fevralın 7-də xalqımız öz prezidentini seçməklə yanaşı anti-Azərbaycan dairələrə, ölkəmizə qarşı ikili standartlardan yanaşanlara, eləcə də müxalifət maskasında olan radikal kəsimə lazımi cavabı verdi. Azərbaycan xalqı bir daha nümayş etdirdi ki, öz qalib liderinin ətrafında mütəşəkkil formada birləşib. Azərbaycanda növbədənkənar Prezident seçkilərinin təşkilati işlərinin yerli və beynəlxalq qanunvericiliyə uyğun aparılmasını müşahidə etmək üçün Azərbaycana dəvət olunmuş mütəxəssislər, jurnalistlər, media və beynəlxalq təşkilatlarla yanaşı, dünya ölkələrinin parlamentlərinin nümayəndə heyətlərinin də iştirakı yüksək səviyyədə təşkil olundu. Son illərdə həyata keçirilmiş infrastruktur islahatları, habelə xalqımızın qonaqpərvərliyi, dövlətimizin multikultural dəyərlərə sadiqliyi, eləcə də Azərbaycanın davamlı inkişaf gündəliyinə əvəzsiz töhfələri müşahidə missiyalarının nümayəndə heyətlərinin bəyanatlarında öz əksini tapdı. Azərbaycana dost dövlətlər və Azərbaycanda akkreditasiyadan keçmiş rəsmi nümayəndə heyətləri Azərbaycan xalqının sərvətinə çevrilmiş, layiqli oğlu İlham Əliyevin qədirbilən Azərbaycan xalqı tərəfindən yüksək ehtiramla qiymətləndirilməsini xüsusi vurğu ilə öz təbriklərində ifadə edirlər.
07 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqının qəhrəman və sərkərdə övladı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin möhtəşəm qələbə qazanması münasibəti ürəkdən təbrik edir, Azərbaycanın bundan sonrakı davamlı inkişafının xeyirli, uğurlu olması istiqamətində yorulmaz fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram.
Вернуться назад