Bakı sərnişin stansiyasında “Stadler” qatarında qısaqapanma baş verib - ADY
27-02-2024, 10:14. Разместил: heqiqet
Bu barədə "Azərbaycan Dəmir Yolları "QSC -yə istinadən xəbər verilir.
Məlumata görə, nəticədə qatarın damında tüstülənmə müşahidə olunub. Qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşısı operativ olaraq alınıb.
Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.
Вернуться назад