Milli Məclisin deputatları Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər
13-03-2024, 19:00. Разместил: heqiqet
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Rüfət Quliyev ikitərəfli əsasda, deputatlar - Sabir Hacıyev MDBPA xətti ilə, Anar Məmmədov isə MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri müşahidə edəcəklər.
Səfər çərçivəsində deputatlar seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər martın 19-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Вернуться назад