“Ermənistan bölgəni geopolitik maraqların savaş poliqonuna çevirir” – Millət vəkili
29-03-2024, 11:39. Разместил: heqiqet
Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov aprelin 5-də keçiriləcək Avropa İttifaqı, ABŞ və Ermənistan təhlükəsizlik görüşünə münasibət bildirərkən söyləyib.
Millət vəkili bildirib ki, bu görüş ərəfəsində Ermənistan parlamentinin Azərbaycanla sərhəddə yerləşdirilmiş Avropa İttifaqı missiyasının statusuna dair razılaşmanı ratifikasiya etməsi də bu görüşə bir növ hazırlıq xarakteri daşıyır: “Ermənistan bununla, öz xidmətinin Qərbə nümayiş etdirir. Qərbin Ermənistanın güya təhlükəsizliyini önə çəkib bölgəyə yerləşmək planları açıq-aşkar görünür. Bu isə Azərbaycanla Ermənistan arasında təhlükəsizlik mühitinin formalaşmasına töhfə vermək deyil, bölgədə Ermənistan vasitəsilə hərbi varlığını yaratmaqdır. Bundan istifadə edən Ermənistan arxasında himayədar gücü hiss edərək sülh prosesindən yayınmaq, yenidən silahlanmaq və revanş haqqında düşünmək kimi davranışlar hiss etdirir. Demək, hərbi missiyanın bölgədə varlığı, Azərbaycanın da təhlükəsizliyinə təhdid yaradır və belə demək olarsa, Azərbaycana qarşı çevrilir. Bu, Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarına zidd bir hərəkətdir. Ermənistan və Qərbin oynadığı bu təhlükəli oyun regionda yeni bir müharibənin başlaması üçün zəmin rolunu oynaya bilər. Ermənistanın silahlandırılması da bu istiqamətdə atılan addımlardan biridir. Bu cür addımlar Cənubi Qafqazda sülh prosesini daha da zəiflədə bilər. Bu cür addımlar davam edərsə, gələcəkdə regionda ciddi problemlərin yaranmasına rəvac verə bilər”.
Вернуться назад