Bu il nə qədər fitrə zəkatı verək? - QMİ-dən AÇIQLAMA
8-04-2024, 12:45. Разместил: heqiqet
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib ki, fitrə zəkatını buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullardan, eləcə də, pul şəkilində vermək olar.
"Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il üçün ortalama olaraq hər ailə üzvü hesabına 10 manat fitrə çıxarılması məqsədəuyğundur. Lakin insan var ki, imkanı 3-5 manata çatır. Belə də olar. Fitrə zəkatını ailə başçısı ailədə olan üzvlərin sayına görə verməlidir.
İnsanlar bayram namazına qədər fitrə zəkatını çıxarmalıdır. Ancaq istisna hallar da var. Fitrəni oruc tutan və tutmayan da çıxarmalıdır.
Fitrə zəkatı. əsasən, imkansızlara, fəqirlərə, kasıblara verilməlidir", - deyə o qeyd edib.
Вернуться назад