ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib
26-04-2024, 14:54. Разместил: heqiqet
Ümumilikdə 70 nəfərin iştirak etdiyi təlimdə ETX-nin əməkdaşları tərəfindən “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadan istifadə qaydaları” mövzularına dair təqdimat nümayiş olunub. Təqdimatda kibertəhlükələrdən qorunma istiqamətində maarifləndirici məlumatlar verilib.
Maarifləndirmə təliminin keçirilməsində məqsəd “Məktəblinin dostu” layihəsinin əməkdaşlarını kibertəhlükəsizlik sahəsində maarifləndirmək, kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırmaqla, həmin əməkdaşların bu məlumatları regiondakı məktəblilərə çatdırmasını təmin etməkdir.
Вернуться назад