DataLife Engine > dunya > NATO-nun bütün ölkələri Mark Ruttenin baş katib vəzifəsinə namizədliyi ilə razılaşıb

NATO-nun bütün ölkələri Mark Ruttenin baş katib vəzifəsinə namizədliyi ilə razılaşıb


21-06-2024, 09:38. Разместил: heqiqet NATO-nun bütün 32 ölkəsi Niderlandın Baş naziri Mark Ruttenin alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşıb.
Bu barədə ABŞ-nin “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, yeni baş katibin rəsmi təsdiqi alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitində olacaq. Rutte 2024-cü il oktyabrın 2-dən bu vəzifədə norveçli Yens Stoltenberqi əvəzləyəcək.
Şimali Atlantika Alyansının baş katibi üzv ölkələrin konsensusu əsasında təyin edilir. Baş katibin səlahiyyət müddəti 5 ildir.
Xatırladaq ki, bir müddət əvvəl Rumıniya Prezidenti Klaus İohannis NATO-nun baş katibi postuna namizədliyini Mark Rüttenin xeyrinə geri götürüb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi ABŞ-nin da NATO-nun növbəti baş katibi postunda Niderlandın Baş naziri Mark Rutteni görmək istədiyini bildirib.
Вернуться назад