Tarixçi-alimin Naxçıvanın 100 illiyinə həsr olunan kitabı işıq üzü görüb
9-07-2024, 10:08. Разместил: heqiqet
Çox aktual və əhəmiyyətli bir mövzuya həsr olunan kitabda Naxçı¬van diyarı və onun tarixi, siyasi, mədəni və ictimai mərkəzi olan Naxçıvan şəhərindən söhbət açılır. Nəşrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan şəhərinin XIX əsr tarixi kompleks şəkildə araşdırılır. Naxçıvan şəhərinin Rusiya imperiyası tərəfindən işğalı, bölgənin inzibati-ərazi quruluşunda dəyişikliklər və idarəçilik sistemi, sosial-iqtisadi və mədəni həyatı, ermənilərin Naxçıvana köçürülməsi elmi dövriyyəyə yeni cəlb edilmiş sənəd və materiallar əsasında öyrənilir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tarixinin digər istiqamətləri kimi şəhər tarixinin öyrənilməsi, tədqiqatçılar, alimlər, tələbə və magistrantlar üçün zəngin mənbə rolunu oynayır. Fənnin öyrə¬nil-məsinin aktuallığı kifayət qədər yüksək səviyyədə əsaslan¬dırıl¬ıb, obyekt və predmeti, məqsəd və vəzifələri aydın və axıcı bir dillə izah edilib.
Kitabda “Ön söz”ün müəllifi AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, elmi redaktoru akademik Nərgiz Axundova, rəyçilər isə professorlar Oqtay Sultanov və Zeynal Həsənalıyevdir.
Вернуться назад