Azərbaycanın hərbi mütəxəssisləri Qazaxıstanda kibertəhlükəsizlik kursunda olublar
13-07-2024, 09:04. Разместил: heqiqet
Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahının Dövlət Sirlərinin Mühafizəsi İdarəsinin rəisi, polkovnik Timur Sadvokasov Azərbaycan Müdafiə Nazirliyi Rabitə İdarəsinin Proqram təminatı şöbəsinin rəisi, polkovnik Adil Nastakalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Geosiyasi qeyri-sabitlik şəraitində informasiya təhlükəsizliyi məsələlərinin aktuallığını nəzərə alan tərəflər, həmçinin təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, belə qarşılıqlı əlaqələr bu sahə üzrə mütəxəssislərin yüksək səviyyədə hazırlanmasına kömək edəcək.
Tədbirlər Qazaxıstan və Azərbaycanın müdafiə idarələri arasında 2024-cü il üçün hərbi əməkdaşlıq Planına uyğun olaraq təşkil edilib.
Вернуться назад