Ukrayna hərbçiləri Donetsk vilayətinin Urojaynoye kəndindəki mövqelərini tərk ediblər
19-07-2024, 08:19. Разместил: heqiqet
Bu barədə “Xortitsa” əməliyyat-strateji qoşunlar qruplaşmasının spikeri Nazar Voloşin bildirib.
“Düşmən Urojaynıda demək olar ki, hər şeyi məhv etdiyi üçün müdafiə qüvvələri başqa mövqelərə çəkilib. Qərar orada müdafiəni qoruyub saxlayan hərbi qulluqçularımızın həyat və sağlamlığının qorunması üçün verilib”, - deyə o qeyd edib.
Nazar Voloşin əlavə edib ki, yaşayış məntəqəsi faktiki olaraq tamamilə məhv edilib.
Xatırladaq ki, Urojaynoye Donetsk vilayətinin Volnovax rayonunun Velikonovoselkovskaya kənd icmasındakı kənddir.
Вернуться назад