Dünya okeanına hər il 11 milyon ton mikroplastik atılır
24-07-2024, 11:21. Разместил: heqiqet
Mütəxəssislərin fikrincə, tullantıların təxminən 10 faizi qanunsuz balıq ovu ilə məşğul olan şəxslərin atdığı torlarıdır. Onlar mikroplastik ilə yanaşı, okeanlarda canlılara təhlükə törədir, çünki dəniz həyatı - delfinlər, köpəkbalığı, dənizatı və faunanın digər nümunələri də həmin torlara ilişirlər. Belə bir tələ onlar üçün ölümcül olur. Ağrılı ölümdən sonra onların cəsədləri digər dəniz heyvanları və balıqlar üçün yemə çevrilir. Həm də bütün canlılar plastik maddələrdən zərər çəkir.
Fondun nümayəndəsi olan təcrübəli dalğıc Andrea Yohanides xatırladır ki, torlar tədricən parçalanır və mikroplastik tullantıya çevrilir. Sonradan isə bu zərərli maddələr qida zəncirində insan orqanizminə daxil olur.
Вернуться назад