İmişlidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub
25-07-2024, 10:50. Разместил: heqiqet
Hadisə zamanı “Mitsubishi” markalı minik avtomobili və “Ford” markalı yük maşını toqquşub, qəza nəticəsində yük maşını aşıb. Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım heyəti, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, Dövlət Yol Polisinin əməkdaşları cəlb ediliblər. Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər çıxarılıb.
Hadisə nəticəsində xəsarət alan üç nəfər - İbrahim Xəlil Nizami, Atamoğlan Nazim oğlu Məmmədov, Nofel Fərmayil oğlu Eyvazov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад