DataLife Engine > idman > Paris-2024: Anna Skidan finala yüksəldi

Paris-2024: Anna Skidan finala yüksəldi


5-08-2024, 11:18. Разместил: heqiqet Paris Olimpiadasında Azərbaycanı çəkicatma idman növü üzrə təmsil edən Anna Skidan finala vəsiqə qazanıb.
A qrupunda yarışan idmançımız ilk cəhdində 69.58 metr, 2-ci cəhdində 69,04 metr, 3-cü cəhdində isə 72.55 metr nəticə ilə yadda qalıb.
Atletimiz bu nəticələrə görə 32 idmançı arasında 6-cı pillədə qərarlaşıb və finala yüksəlib.
Qeyd edək ki, qadınların çəkicatma yarışında qalib avqustun 6-da müəyyənləşəcək.
Вернуться назад