Qazaxıstan Orta Dəhlizin inkişafı üçün kompleks tədbirlər görür
6-08-2024, 12:27. Разместил: heqiqet
Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verilir ki, prosesdə Avropanın iri “Jan de Nul” şirkətinin ixtisaslaşmış dərin qazma avadanlığından istifadə olunur. Belə ki, həmin şirkətlə EPC müqaviləsi imzalanıb və bu sənəd layihələndirmə mərhələsindən tutmuş dərinləşdirmə işlərinə qədər bütün prosesləri ehtiva edir.
Dərinləşdirmə işləri terminalın imkanlarının daha da genişləndirilməsinə şərait yaradacaq.
Bu gün Kurık limanının ötürücülük imkanı 6 milyon tondur (dəmir yolu terminalı - 4 milyon, avtomobil terminalı - 2 milyon). Liman, eyni zamanda, 250 yük maşını saxlamaq imkanına da malikdir. Analoji işlər Aktau limanında da aparılacaq.
Nazirlikdən verilən məlumata görə, cari ilin 7 ayı ərzində TITR vasitəsilə yükdaşımaların həcmi 62 faiz artaraq 2,5 milyon ton təşkil edib. 2023-cü ilin eyni dövründə bu göstərici 1,6 milyon ton olub.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
Вернуться назад