Mehriban Əliyeva Qaşım Maqomedovun Olimpiadada gümüş medal qazanması ilə bağlı paylaşım edib
8-08-2024, 10:25. Разместил: heqiqet

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram hesabında taekvondoçu Qaşım Maqomedovun Olimpiadada gümüş medal qazanması ilə bağlı paylaşım edib:
"Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!".
Вернуться назад