“Real Madrid” 6-cı dəfə UEFA Superkubokunu qazanıb
15-08-2024, 10:17. Разместил: heqiqet
Görüş Varşava Milli Stadionunda baş tutub.
Qolları Federiko Valverde (60-cı dəqiqə) və Kilian Mbappe (68-ci dəqiqə) vurub.
Bununla “Real Madrid” 6-cı dəfə UEFA Superkubokunu qazanaraq yeni rekorda imza atıb. Madrid klubu hərəyə 5 dəfə kubok qazanan İspaniyanın “Barselona”sını və İtaliyanın “Milan”ını qabaqlayıb. “Real Madrid” daha əvvəl 2002, 2014, 2016, 2017 və 2022-ci illərdə UEFA Super Kubokunu qazanıb.
Вернуться назад