DataLife Engine > hadise > DİN: Ötən gün 61 cinayətin üstünün açılması təmin olunub

DİN: Ötən gün 61 cinayətin üstünün açılması təmin olunub


22-08-2024, 10:18. Разместил: heqiqet Ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 152, o cümlədən borclu şəxs qismində axtarışda olan 124 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.
Вернуться назад